Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)


Digərləri 25 Noy 2019 18:20:00 303 0

Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib.

Bakı. 23-24 noyabr 2019-cu il tarixlərində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Çempionat Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin təşkilati dəstəyilə keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, ölkə birinciliyinin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək öncə qonaqları salamlayıb. O çıxışı zamanı həmçinin 2019-cu il ərzində klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlarla bağlı yarış iştirakçılarına məlumat verib. Bundan sonra o ölkəmizdə idmana olan münasibət, Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısından, həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkəmizdə günü-gündən populyarlaşmasından danışıb. Daha sonra çıxış üçün söz Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, FHN İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayevə verilib. O da öz növbəsində İdman Sağlamlıq Mərkəzinin açılışından danışaraq qısa müddət ərzində bu mərkəzdə artıq bir neçə beynəlxalq yarışın keçriildiyini bildirib. O həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkədə inkişafından və bu idman növünə artan maraqdan danışıb. Bundan sonra açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O da öz növbəsində Prezident İlham Əliyevin idmana xüsusi qayğı göstərdiyini vurğulayaraq ilk növbədə onu dərin minnətdarlığnı bildirib. DİN İdman Cəmiyyətinin baş təlimatçısı, respublikanın əməkdan məşqçisi, Kombat Ciu-Citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, eyni zamanda keçirilən yarışın baş hakimi Rəsul Məmmədov öz çıxışı zaman Ciu-Citsu döyüş sənəti haqda məlumat verib.