Tanınmış ailənin qızı


Dünya 25 Noy 2019 17:30:00 356 0

Tanınmış ailənin qızı

Yeni Zelandiyada cəsədi bir meşədə toprağın altında basdırılmış halda tapılan 22 yaşlı ingilis qızın qatilinin növbəti məhkəmə prosesi baş tutub.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, doğum günündə yoxa çıxan Grace Millanenin məhkəməsində yeni detalların üstü açılıb.

22 yaşındaki gənc qadın səyahətə çıxıb. Şənbə günü gecə saatlarına qədər ailəsi və rəfiqələri ilə mesajlaşıb. Ondan ötrü narahat qalmamaları barədə xəbərdarlıq edib.

Bazar günü isə, Gracenin ad günü olduğundan yaxınları onla əlaqə saxlamaq istəsələr də mümkün olmayıb. Tanınmış ilgilis milyoner David Millane, qızını axtarmaq üçün İngiltərədən Yeni Zelandiaya yollanıb.

Polislərin araşdırması zamanı Gracenin internetdə tanış olduğu adamla görüşdükdən sonra həmin şəxsin evinə getdiyi məlum olub. Şübhəli müəyyən edilərək ələ keçdikdən sonra Graceni öldürdüyü iddialarını rədd edərək, cütlüyün cinsi əlaqədə olduqları zaman gənc qızın havasızlıqdan öldüyünü bildirib.