Azərbaycan “Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı”nda təmsil olunub


İqtisadiyyat 25 Noy 2019 17:54:45 430 0

Azərbaycan “Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı”nda təmsil olunub

Azərbaycan “Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı”nda təmsil olunub

Ukraynada “Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı” keçirilib.

"Report" bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə,tədbirdə Azərbaycanı nazirliklə yanaşı,Prezidenti Administrasiyasının, Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, GİZ Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatının, İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq İctimai Birliyinin nümayəndələrindən ibarət heyət təmsil edib.

Tədbirin “Rəqəmsal transformasiya” adlı 1-ci panelində nazirliyin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycanda rəqəmsallaşma üzrə həyata keçirilən islahatlar barədə məlumat verib. O, ölkədə xidmətlərin elektronlaşdırılması, açıq kodlu hökumət məlumatlarının pulsuz istifadə üçün təqdim edildiyi “Open Data” portalı və Azərbaycanda rəqəmsal infrastruktur üçün yaradılan “G-cloud” barəsində çıxış edib.

Tədbirin “Demokratiyada etika” adlı 2-ci panelində Prezident Administrasiyasının nümayəndəsi Gülsel Səfərova ölkədə vətəndaşlara göstərilən xidmətlərdə şəffaflığın artırılması üçün yaradılmış “Asan xidmət” mərkəzləri və bu modelin tətbiq olunduğu və əməkdaşlıq edilən xarici ölkələr barədə məlumat verib.