BDUnun kafedra müdirinin oğlu həbs edilib


Digərləri 25 Noy 2019 17:54:00 771 0

BDUnun kafedra müdirinin oğlu həbs edilib

Bakı Dövlət Universitetinin (BDU) Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Alış Qasımovun daxili işlər orqanlarında çalışan oğlu Azər Qasımov həbs edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, A. Qasımov Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.  

A. Qasımov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Əli Məmmədovun icraatında araşdırılır.