Bakıda avtobus sürücüsü sərnişini döyüb


Digərləri 25 Noy 2019 17:59:00 350 0

Bakıda avtobus sürücüsü sərnişini döyüb

Bakıda döyülmə hadisəsi baş verib.

Yasamal rayon Polis İdarəsindən Son.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Barat Cəbrayılzadə Şərifzadə küçəsində 165 saylı marşurt avtobusunun sürücüsü və köməkçisi tərəfindən döyülüb. 

B. Cəbyılzadə baş və bədən nahiyyəsindən müxtəlif xəsarət alıb. Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.