Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri elan olunub (FOTO)


Digərləri 25 Noy 2019 17:57:00 273 0

Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri elan olunub (FOTO)

22-23 noyabr 2019-cu il tarixlərində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkil etdiyi gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kubokunun nəticələri elan olunub.

Bakı. 22-23 noyabr 2019-cu il tarixlərində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkil etdiyi gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kubokunun nəticələri elan olunub. Federasiyadan Trend-ə verilən məlumata görə, şəxsi-komanda xarakteri daşıyan turnirə Azərbaycanın müxtəlif regionlarından idmançılar qoşulublar. 2002-2004 yaş qrupu arasında baş tutan Komanda yarışlarının qalibləri: Qızlar arasında : 1-ci yer –“Şəki”, 2-ci yeri “Təhsil”, 3-cü yeri isə “Şabran” komandası əldə edib. Oğlanlar arasında isə: 1-ci yer –“Təhsil 1”, 2-ci yeri “Təhsil 2”, 3-cü yeri isə “Şabran” komandası qazanıb. Həmin yaş qrupunun Şəxsi yarışlarında isə: Qızlar arasında : 1-ci yer – Abdulhəmidova Ləman, 2-ci yeri Mikayılova Zemfira, 3-cü yeri isə Haşımova Aliyə əldə edib. Oğlanlar arasında isə: 1-ci yer – Ansari İbrahim, 2-ci yeri - Pənahov Kənan, 3-cü yeri isə Məmmədov Nihad qazanıb. 2005 və daha kiçik yaş qrupu arasında baş tutan Komanda yarışlarının qalibləri: