Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçiriləcək


Digərləri 25 Noy 2019 17:46:00 235 0

Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçiriləcək

30 noyabr - 1 dekabr tarixlərində “Park Bulvar”da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fiziki imkanları məhdud şəxlərin əl işlərinin satış-sərgisi keçiriləcək.

Bakı. 30 noyabr - 1 dekabr tarixlərində “Park Bulvar”da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fiziki imkanları məhdud şəxlərin əl işlərinin satış-sərgisi keçiriləcək. KOBİA-dan Trend-ə verilən məlumata görə, 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir. Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunacaq.