İranlı mühacirlər Almaniyada etiraz aksiyası keçirib - VİDEO


Dünya 25 Noy 2019 17:35:31 494 0

İranlı mühacirlər Almaniyada etiraz aksiyası keçirib - VİDEO

Almaniyada mühacirət həyatı yaşayan İran vətəndaşları paytaxt Berlin başda olmaqla bir neçə böyük şəhərdə etiraz aksiyası keçirib.

Almaniyada mühacirət həyatı yaşayan İran vətəndaşları paytaxt Berlin başda olmaqla bir neçə böyük şəhərdə etiraz aksiyası keçirib.

“Report”un Avropa bürosunun məlumatına görə, Berlindəki aksiya tarixi “Bradenburq qapıları” abidəsinin önündə başlayıb.

Aksiyada çıxış edənlər bildiriblər ki, məqsədləri İran İslam Respublikasında son günlər yaşanan kütləvi xalq etirazları zamanı vətəndaşarın hakimiyyət orqanları tərəfindən təqib, təzyiq, həbs və qətllərinə etiraz etməkdir.

Almaniyada yaşayan aktivist, İran vətəndaşı olan azərbaycanlı Fərhad Məcidzadə “Report”a açıqlamasında bildirib ki, Avropada yaşayan İran vətəndaşları vətənlərindəki mövcud siyasi rejim əleyhinə keçirilən etiraz aksiyalarını dəstəkləyirlər: “Biz onlarlayıq və onlarla da qalacağıq. Bu rejim getməlidir. Millət gərək rejimi öz əlinə alsın. Demokratik seçki keçirilməldir”.

Qeyd edək ki, Almaniyadakı etiraz aksiyaları yüksək təhlükəsizlik tədbirləri altında, polisin müşayiəti ilə keçirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək