Damlanın əri gecə klubunda başqa qadınla tutuldu


Digərləri 25 Noy 2019 17:24:00 370 0

Damlanın əri gecə klubunda başqa qadınla tutuldu

İllər əvvəl Türkiyənin "D" kanalında yayımlanan "Sihirli Annem" serialında Tuğçe obrazını canlandıran aktrisa Damla Ersubaşı xəyanətlə üzləşib.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ikinci övladına hamilə olan aktrisanın əri ona xəyanət edib. Damlanın əri başqa qadınla gecə klubunda səmimi halda görüntülənib.

Ərinin xəyanəti ilə üzləşən aktrisa onu izləmədən çıxarıb və birlikdə çəkilən bütün şəkillərini silib.

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub.