Oğuzun iki kəndində ağacəkmə aksiyası keçirilib


Sosial 25 Noy 2019 17:12:09 359 0

Oğuzun iki kəndində ağacəkmə aksiyası keçirilib

Oğuz rayonunun Calut və Xaçmaz kəndlərində ağacəkmə aksiyası keçirilib.

Oğuz rayonunun Calut və Xaçmaz kəndlərində ağacəkmə aksiyası keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, aksiyaOğuz Rayon İcra Hakimiyyətinin,sakinlərin, kənd ağsaqqallarının, məktəblilərin, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə reallaşıb.

Belə ki,əvvəllər qırılmaya və yanğına məruz qalmış meşə sahələrinə toxumlar səpilib, daha sonra isə ağaclar əkilib.

Aksiyaya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ilə birgə 100-dən artıq rayon sakini qoşulub.

Aksiyada iştirak edən Calut kənd sakini Bahad Mustafayev bildirib ki,meşə kəndin sərvətidir: "Vaxtilə bilmədən meşəyə əlavə qazanc yeri kimi baxırdıq, ağacları kəsib kömür edirdik. "İndi başa düşürük ki, bu meşə kəndimizin sərvətidir, gözəlliyidir. Meşə azaldıqca çaylarımız bulaqlarımız da quruyur. Biz hara gedirik, kimə ziyan vururuq? Nazirlik tərəfindən gəlib kəndimizdə görüşlər keçirildi və biz də hamılıqla qərar verdik ki, daha ağacları kəsməyəcəyik, ağac əkəcəyik. Mən bu gün 25-dən çox ağac əkdim. Kənd camaatından da xahiş edirəm ki, meşələri qırmaqdan əl çəksinlər".

Calut kənd sakiniRövşən Əhmədov isə bildirib ki, vaxtilə burada ağac kəsdiyinə görə peşimandır:"Bu gün mən burada ağac əkərkən kəsdiyim ağaclara görə çox peşimanam. Uşaqlarımla birgə 50-dən çox ağac əkdim. Onlara başa saldım ki, ağacları kəsməklə biz ən böyük ziyanı elə özümüzə vurmuş oluruq. Ona görə də bu gündən sonra bacardığım qədər çox ağac əkəcəyəm. İndi burada əkdiyimiz ağaclarla yəqin ki, kəndimizin meşəsinə ailəlikcə töhfə vermiş olduq”.

Nazirliyin departament direktoru Ağaqardaş Qaraşov jurnalistlərə bildirib ki, payız mövsümündə planlaşdırılan meşəbərpa tədbirləri davam edir və bütün bölgələrdə belə tədbirlər aparılır: ""Bu gün keçirdiyimiz aksiya zamanı rayonunun Calut və Xaçmaz kəndləri yaxınlığındakı ümumilikdə 10 hektar sahədə 10 minədək müxtəlif meşə cinsli, əsasən də palıd ağacının toxumları səpilib və tinglər əkilib. Ümumilikdə bu ilin payız ağacəkmə mövsümündə 9000 hektar sahədə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub və növbəti illərin ağacəkmə mövsümlərində də bu kimi tədbirlər ardıcıl olaraq davam etdiriləcək. Keçirilən bu cür kütləvi ağacəkmə tədbirləri ilə meşə sahələrinin yerli əhali və ictimaiyyət nümayəndələri ilə birgə mühafizəsi, meşə örtüyünün daha da artırılması, yaşıllıqlara qayğı ilə yanaşılması təşviq olunur, yerli əhali ilə birlikdə meşəbərpa tədbirlərinin aparılması ənənəsinin başlanğıcı qoyulur.Ekologiya və Təbii Sərvətlər Nazirliyiekoloji məsələlərlə bağlı ictimai fəallığın artmasını, vətəndaşların meşə sahələrinin genişləndirilməsi işlərinə dəstək göstərməsini təqdir edir və ağacəkmə aksiyalarında iştirak edən bütün sakinlərə təşəkkürünü bildirir."

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək