Siyavuş Novruzov: Azərbaycanda müasir tibbi avadanlıqlar var, amma onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil


Digərləri 25 Noy 2019 17:00:03 323 0

Siyavuş Novruzov: Azərbaycanda müasir tibbi avadanlıqlar var, amma onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil

İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var.

Bakı. Elçin Mehdiyev – İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov parlamentdə “Tibbi sığorta haqqında”qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, bu məsələ tək qanunla həll olunası deyil. S.Novruzovun sözlərinə görə, insanlara sığorta sistemindən necə istifadə olunması izah edilməlidir: “Bununla bağlı İctimai televiziyada həftədə 3 dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyəti izah olunmalıdır. İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır. Ona görə də insanlara izah edilməlidir ki, paketə nələr daxildir və proses necə olacaq”.