Bakıda binanın çökməsi nəticəsində yaxınlıqdakı evə və restorana da ziyan dəyib (FOTO)


Digərləri 25 Noy 2019 17:08:00 319 0

Bakıda binanın çökməsi nəticəsində yaxınlıqdakı evə və restorana da ziyan dəyib (FOTO)

Bakıda yaşayış binasının uçulması nəticəsində digər yaşayış evinə və aşağı mərtəbədə olan obyektə də ziyan dəyib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda yaşayış binasının uçulması nəticəsində digər yaşayış evinə və aşağı mərtəbədə olan obyektə də ziyan dəyib. Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza ötən axşam saat 20 radələrində baş verib. Öncə divar qatı uçulan evin bir qədər sonra eyvanı və otağın çölə baxan hissəsi də çöküb. İkimərtəbəli yaşayış evinin birinci mərtəbəsində olan restoranla yanaşı, qonşuluqda olan digər evin eyvanı da ziyan görüb. Ev sahibinin verdiyi məlumata görə, yaşayış binası uzun zamandır qəzalı vəziyyətdədir. Yaxınlıqda tikilən yeni binanın qazıntı işlərindən sonra ev tamamən təhlükəli vəziyyətə düşüb. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, bu gün Bakının mərkəzində 2 mərtəbəli yaşayış binasında uçqun olub. Hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında baş verib. 20-yə yaxın ailənin yaşadığı köhnə tikili qəzalı vəziyyətdə olub. Son günlər mütəmadi yağışların yağması binanı daha da təhlükəli vəziyyətə salıb və binanın bir tərəfində uçqun olub. Əraziyə qazın və elektrik enerjisinin verilişi dayandırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları və Nəsimi rayon İcra hakimiyyətinin əməkdaşları yollanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin