Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul olunub - YENİLƏNİB


Sosial 25 Noy 2019 16:48:00 401 0

Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul olunub - YENİLƏNİB

​Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsininbirinci oxunuşda müzakirələri başa çatıb.

"Report" xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul olunub.

*** 16:12

Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan parlamentininSəhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

O, 2020-ci ilin yanvar ayının 1-dən ölkədə icbari tibbi sığortanın bütövlükdə həyata keçirilməsini real hesab edib: "Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Çünki “Tibbi sığorta haqqında” qanun 20 il bundan əvvəl qəbul edilmişdi. Bu sahədə illər ərzində bir çox inkişaf olduğuna görə qanunvericilik bazasına 8 maddadə 126 dəyişiklik və əlavə təklif olunub”.

Komitə sədri qeyd edib ki, layihə konseptual baxımdan I oxunuşda qəbul üçün uyğundur: “Vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin edəcək”.