Dərsini oxumaq istəməyən məktəbli “avtostop”la şəhərdən qaçdı


Dünya 25 Noy 2019 16:54:00 373 0

Dərsini oxumaq istəməyən məktəbli “avtostop”la şəhərdən qaçdı

Rusiyanın Kareliya rayonunda yaşayan qadın polisə müraciət edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 12 yaşlı nəvəsinin məktəbə getməmək üçün evdən qaçdığını deyən qadın nəvəsinin əvvəllər atası və onun sevgilisi ilə Peterburqda yaşadığını, dəfələrlə oradan qaçıb nənəsinin yanına gəldiyini bildirib.

Bu dəfə isə o, dərs oxumaqdansa, kompüter oyunları oynamaq üçün "avtostop"la atasının yanına qaçmaq qərarına gəlib.