Ekspert: "2020ci ildə icbari tibbi sığortanı mərhələli tətbiq etmək daha doğru addım olardı"


Digərləri 25 Noy 2019 16:45:00 353 0

Ekspert: "2020ci ildə icbari tibbi sığortanı mərhələli tətbiq etmək daha doğru addım olardı"

"Tibbi sığorta haqqında" qanuna təklif edilən əsas dəyişikliklərdən biri 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiq edilməsidir. Təklif olunur ki, gələn ilin sonuna qədər icbari tibbi sığorta bütün ölkəni əhatə eləsin.

Son.az xəbər verir ki, bunu Trend-ə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev deyib.

Onun sözlərinə görə, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov da icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin il ərzində həyata keçirilməsini doğru addım kimi qiymətləndirib: "Mənə elə gəlir ki, bu, uzun çəkməyən proses olacaq. Bunun üçün bir il ərzində ölkədə icbari tibbi sığortaya daxil olan bütün tibbi müəssisələri insanlara yüksək keyfiyyətli tibbi xidmət göstərmək üçün hazır olmalıdır".

A.Mehtiyev qeyd edib ki, bundan əvvəl bir sıra ekspertlər də icbari tibbi sığortaya keçidin mərhələli tətbiqinin tərəfdarı olduğunu bildiriblər. Bunu bir çox dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə ehtiyacın olması ilə əlaqələndirirlər.

Mərkəz rəhbəri də bir sıra riskləri nəzərə alaraq ölkədə bu sistemin mərhələli şəkildə tətbiq edilməsini məqsədəuyğun hesab edir:

"İcbari tibbi sığortadan əhalinin gözləntiləri olduqca çox böyükdür. Prosesdə hər hansı bir uğursuzluq islahatlar prosesinə ciddi zərbə vura bilər. Bu səbəbdən mən təklif edərdim ki, 2020-ci ildə icbari tibbi sığortanı ölkə üzrə tətbiqi bölgələr üzrə olsun".

A.Mehtiyevin sözlərinə görə, bəzi tibb müəssisələrini birləşdirərək xəstəxana şəbəkəsinin optimallaşdırılması islahatların həyata keçirilməsini asanlaşdıra bilər: