Gürcüstanda üç yeni vitse-spiker təyin olunub


Dünya 25 Noy 2019 16:00:46 384 0

Gürcüstanda üç yeni vitse-spiker təyin olunub

Gürcüstanın parlament sədrinə üç yeni müavini təyin olunub.

Gürcüstanın parlament sədrinə üç yeni müavin təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar qanunverici orqanın büro iclasında qəbul olunub.

Qərara əsasən, hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunun lideri Mamuka Mdinaradze, Giorgi Kaxiani və Kaxa Kuçava vitse-spiker təyin ediliblər.

Digər qərara əsasən, David Sonqulaşvili Avrointeqrasiya, İrakli Beraya Xarici əlaqələr, Nino Tsilosani Ətraf mühit və təbii resurslar, Genadi Marqvelaşvili Təhsil, elm və mədəniyyət, Quram Macraşvili isə Prosedur məsələlər üzrə komitəyə rəhbərlik edəcəklər.

Qeyd edək ki, keçmiş iki vitse-spiker - Tamar Çuqoşvili, Zviad Dzidziquri və üç komitə sədri - Tamar Xulordava, Sofio Katsarava və Mariam Caşi vəzifələrindən bu yaxınlarda istefa veriblər. Buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsi olub.