Gəncədə adam oğurluğunda ittiham edilən dəstənin məhkəməsi başlayır


Sosial 25 Noy 2019 16:01:21 329 0

Gəncədə adam oğurluğunda ittiham edilən dəstənin məhkəməsi başlayır

Gəncədə adam oğurluğunda və mənzillərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Gəncədə adam oğurluğunda və mənzillərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, bu ilin iyul ayında saxlanılan cinayətkar dəstənin 4 üzvü evdən xeyli miqdarda qızıl-zinət, digər qiymətli əşyalar, nağd pul apardıqlarına görə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaq aparılan zaman dəstə üzvlərinin sayının 8 nəfər olduğu və adam oğurluğu cinayəti törətdikləri də müəyyən edilib.

Məmmədov Pərviz Malik oğlu, Göyüyev Zəka Elxan oğlu, Zeynalov Turac Nağı oğlu, Məmmədov Kamil Müşfiq oğlu, Əliyev Emin Əbülfəz oğlu, Nəcəfov Rüfət Mahir oğlu, İsmayılov Röyal Kazim oğlu və Valeh Tofiq oğluna Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) və 177-ci (oğurıluq) maddəsinin bir neçə bəndi ilə ittiham verilib. Cinayət işi üzrə dörd nəfər tanınıb.