Hindistan şirkəti Azərbaycandakı törəməsinin nizamnamə kapitalını kəskin azaldır


İqtisadiyyat 25 Noy 2019 15:59:02 324 0

Hindistan şirkəti Azərbaycandakı törəməsinin nizamnamə kapitalını kəskin azaldır

Hindistanın informasiya texnologiyaları şirkəti “HCL Technologıes” ötən ay dövlət qeydiyyatına aldırdığı Azərbaycandakı törəməsinin nizamnamə kapitalını 300 dəfə azaldır

Hindistanın informasiya texnologiyaları şirkəti “HCL Technologıes” ötən ay dövlət qeydiyyatına aldırdığı Azərbaycandakı törəməsinin nizamnamə kapitalını 300 dəfə azaldır.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, “HCL Technologıes Azerbaijan” MMC-nin kapitalı 300 min ABŞ dollarından 1 000 dollara endiriləcək. Şirkətin kreditorları yaxın 1 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel Prospekti 15, Azure Business Center, mərtəbə 15, ofis 98 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “HCL Technologıes” 1976-cı ildə yaradılıb. Şirkətin qərargahı Hindistanın Uttar-Pradeş ştatının Noida şəhərində yerləşir.