Bakıda kürəkən qaynını bıçaqladı


Digərləri 25 Noy 2019 15:46:00 290 0

Bakıda kürəkən qaynını bıçaqladı

Bakıda qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda qohumlar arasında bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 26 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Aslanov İlham Hüseynağa oğlu eyni ünvanda yaşayan yeznəsi və eyni zamanda bibisi oğlu olan 1964-cü il təvəllüdlü Ələkbərov Müslüm Əmir oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb İ.Aslanovun evin girişinə kamera quraşdırması olub. İ.Aslanov eşidib ki, M.Ələkbərov onun quraşdırdığı kameranı sındıracaq və bununla bağlı o sonuncu ilə evin qarşısında mübahisə edib. (adsgarden = window.adsgarden || []).push({}); Mübahisə nəticəsində M.Ələkbərov İ.Aslanovu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin