Vergi Məcəlləsinə dəyişikliklər ikinci oxunuşda təsdiq edildi


Digərləri 25 Noy 2019 14:30:00 323 0

Vergi Məcəlləsinə dəyişikliklər ikinci oxunuşda təsdiq edildi

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu dəfə edilən dəyişikliklər əhatəsinə və miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.

Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur ki, bu da Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.