Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi


Digərləri 25 Noy 2019 14:31:00 356 0

Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində deputat Rafael Cəbrayılova qarşı kredit borcu ilə bağlı işə baxılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Şəmsəddin Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib. 

Belə ki, Abşeron Rayon Məhkəməsi "AG Bank" ASC-nin iddiasına əsasən, R.Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya 2 milyon 222 min 232 dollar və 326 min 848 manat (ümumilikdə təxminən 4,1 milyon manat) ödəməsi barədə qətnamə çıxarıb. 

Qətnamədə, həmçinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq "AGBank" ASC-nın hesabına ödənilməsi qeyd edilib.

12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.