“Buta Airways”in Kiyev reysləri “Borispol” hava limanına həyata keçiriləcək


İqtisadiyyat 25 Noy 2019 15:21:41 309 0

“Buta Airways”in Kiyev reysləri “Borispol” hava limanına həyata keçiriləcək

​“Buta Airways”in Kiyev reysləri “Borispol” hava limanına həyata keçiriləcək

Gələn ilyanvarın 22-dən Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Kiyev istiqamətindəki reyslərini “Borispol” beynəlxalq hava limanına yerinə yetirəcək. Hazırdareyslər “Julyanı” aeroportuna həyata keçirilir.

"Report" bu barədə aviaşirkətə istinadən xəbər verir.

27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.

“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da, öz növbəsində, “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.