“Uber”in Londonda fəaliyyət göstərmək üçün lisenziyası ləğv edilib


İqtisadiyyat 25 Noy 2019 15:13:05 400 0

“Uber”in Londonda fəaliyyət göstərmək üçün lisenziyası ləğv edilib

“Uber”in Londonda fəaliyyət göstərmək üçün lisenziyası ləğv edilib

Dünyanın ən böyük onlayn taksi xidməti olan “Uber”in Böyük Britaniyanın paytaxtıLondonda fəaliyyət göstərmək üçün lisenziyası ləğv edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki,bu barədə şəhərin nəqliyyat idarəsinin bəyanatında bildirilir.

Açıqlamada həmçinin deyilir ki, idarə “Uber”in fəaliyyətindəsərnişinlərin təhlükəsizliyini risk altında qoyan müxtəlif pozuntular müəyyən edib.

"Bu kimi məsələləringələcəkdə yenidən gündəmə gəlməyəcəyinə inanırıq, lakin şirkət hələ ki buna hazır deyil", - deyə bəyanatda qeyd olunub.

Nəqliyyat İdarəsinin Lisenziya vətənzimlənmə şöbəsinin direktoru Helen Çapman bildirib ki, təhlükəsizlik prioritet məsələdir: "Biz qəbul edirik ki, “Uber” irəliləyişlər edib, lakin lisenziyasız və sığortası olmayan sürücülərlə işləməsi yolverilməzdir. Bu məsələlərin ortaya çıxması aydındır, eyni zamanda oxşar məsələlərin gələcəkdə təkrarlanmayacağına əmin ola bilmərik. Əgər onlar lisenziya üçün müraciət etsələr, "Uber" fəaliyyətini davam etdirə bilər və biz təhlükəsizliyin pozulmamasını təmin etmək üçün şirkət rəhbərliyinin möhkəm iradəyə sahib olmasını diqqətlə araşdıracağıq".