Maşınından oğurluq edilən Aygün: “Desəydilər, pul verərdim” VİDEO FOTO


Şou-biznes 25 Noy 2019 14:55:00 408 0

Maşınından oğurluq edilən Aygün: “Desəydilər, pul verərdim”  VİDEO  FOTO

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı ifaçı Aygün Mahmudova olub. Son.az bildirir ki, müğənni başına gələn oğurluq hadisəsindən danışıb: "Ramazan ayı bitdi. Səhəri gün Türkiyənin Alanya şəhərinə tətilə gedəcəkdik. Axşam salona getdim. Maşını salonun qarşısında saxladım. Gecə 12 radələri olardı. İçəri girənda pul qabımı maşında saxladım.

Maşınımın şüşəsini sındırıb pul qabımı oğurladılar. Maşında bahalı geyimlər, ətir var idi. Heç birinə toxunmayıblar. Bircə pul qabımı götürüblər. Sonra çox əziyyət çəkdik, şüşəni düzəltdirdik. Bəlkə də gəlib deyəsdilər, pulu verərdim".