Milli Qəhrəman anası Əli İnsanovu ifşa etdi: "Adımı hallandırmayın"


Digərləri 25 Noy 2019 15:00:00 340 0

Milli Qəhrəman anası Əli İnsanovu ifşa etdi: "Adımı hallandırmayın"

Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova "Haqq Ədalət Partiyası" adlı təşkilatla bağlı adının hallanmasına etiraz edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Q.Budaqova barəsində yayılan məlumatları təkzib edib: "Mənim adımı yeni yaradılan "Haqq Ədalət Partiyası" təşkilat komitəsinin üzvü kimi hallandırıblar. Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm.

Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar".