Qış soyuqdəymə xəstəliklərinin zamanıdır


Digərləri 25 Noy 2019 14:40:00 286 0

Qış  soyuqdəymə xəstəliklərinin zamanıdır

Qış - bir çox səbəbə görə xoşagəlməz vaxtdır. Soyuq hava, vitamin azlığı, mövsümi depressiya. Hələ immunitet də zəifləyir, orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır. Buna sağlam olmayan həyat tərzini də əlavə etsəniz aydın olacaq niyə soyuqdəymə və qrip - ilin bu vaxtı praktiki olaraq hər bir evin daimi qonağıdır.  

Oynaq ağrıları, boğaz ağrısı, öskürək, zökəm, hərarət - bu xoşagəlməz simptomlar istisnasız olaraq hamıya məlumdur. Lakin bu aysberqin yalnız bir hissəsidir. Bir çox mənfi cəhətləri də var: dərsdən qalırsan, iş axınından "çıxırsan", yaxınları yoluxdurmaq riski yaranır.

Soyuqdəymə və qrip simptomları arasındakı  əsas fərq nədir?

Qrip birdən başlayır və yüksək hərarət ilə müşayiət olunur. İntoksikasiya əlamətləri meydana çıxır: titrəmə, adinamiya, əzələ və başağrıları, bədən ağrısı, quru öskürək. Kataral əlamətlər çox zəif ifadə olunur. Soyuqdəymə zamanı əlamətlər tədricən inkişaf edir. Soyuqdəymə üçün xarakterdir:  göynəmə və/və ya boğaz ağrısı, asqırma, öskürək, gözlərin yaşarması, baş ağrısı, burun tutulması və zökəm, hərarətin bir qədər və qısa müddətə yüksəlməsi.

Hərarət orqanizmin müdafiə reaksiyasıdır.

İnfeksiya özünü necə biruzə verdiyindən asılı olaraq, müxtəlif simptomatik preparatlar təyin edilir. Ancaq demək olar ki, ən çox diqqət bədən hərarətinə yetirilməlidir.