Qobuda avtomobil piyadanı vuraraq öldürüb


Sosial 25 Noy 2019 14:27:24 329 0

Qobuda avtomobil piyadanı vuraraq öldürüb

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 24-də saat 18 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini M.Hüseynov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən Məmmədağa Gülməmmədovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron Rayon Polis İdarəsitərəfindən araşdırma aparılır.