Bakı İdman Sarayında karate üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub (FOTO)


Digərləri 25 Noy 2019 14:22:00 229 0

Bakı İdman Sarayında karate üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub (FOTO)

22-24 noyabr tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyinin, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatına yekun vurulub.

Bakı. 22-24 noyabr tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyinin, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatına yekun vurulub. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparıb. 18 qızıl, 14 gümüş və 15 bürünc medal qazanan "Qara Qaplan" klubunun yetirmələri bu dəfə də ən yüksək nəticə göstəriblər. 16 qızıl, 10 gümüş və bir o qədər də bürünc medala sahib olan Mərkəzi Karate Məktəbi ikinci yeri, 5 qızıl, 9 gümüş və 5 bürünc mükafat qazanan Təhsil Respublika İdman Məktəbinin karateçiləri isə növbəti pilləni tutublar. Yaxşı nəticə göstərən klublar arasında Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyəti və "Arpaçay" klubunun idmançıları da ilk beşlikdə yer alıblar.