Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad ediləcək


Digərləri 25 Noy 2019 14:26:00 283 0

Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad ediləcək

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Bakı. Elçin Mehdiyev - Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, heyvan və quş yemlərinin satışının 4 il müddətində əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur. Komitə sədrinin sözlərinə görə, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.