“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib - YENİLƏNİB


İqtisadiyyat 25 Noy 2019 14:02:00 428 0

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib

İlk xəbər saat 13:22-də verilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.

"Report" xəbər verir ki,gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7milyon manat məbləğində proqnozlaşdırılır.

Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib.

Deputatlar həmçinin“İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", “2020-ci il üçün yaşayış minimumu haqqında" və "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinidəikinci oxunuşda səsə qoyaraq qəbul ediblər.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, o cümlədənəmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.