Rusiyada AĞIR QƏZA:


Dünya 25 Noy 2019 14:05:00 353 0

Rusiyada AĞIR QƏZA:

Rusiyanın Amur vilayətində ölümlə nəticələnən yol qəzası baş verib. 

Son.az APA-ya istinadən xəbər verir ki, Amur vilayətindəki Beloqorsk-Blaqoveşensk avtomobil yolunun 32-ci kilometrliyində "Toyota Prado" və "Toyota Carina" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisədə həyatını itirən 5 nəfər Beloqorsk, xəsarət alanlar isə Blaqoveşensk sakinləridir.