“Pokrov Məhərrəm” Azərbaycana deport edildi VİDEO


Kriminal 25 Noy 2019 13:43:00 377 0

“Pokrov Məhərrəm” Azərbaycana deport edildi  VİDEO

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə "Pokrov Məhərrəm" kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Moskvanın "Şeremetyevo" hava limanından Azərbaycana yola salınıb.

Qeyd edək ki,  Məhərrəm Quliyev ötən ayın sonlarında paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. O, Rusiyada qeyri-qanuni yaşayırmış. Məhkəmə avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib.