Qobustanda qardaş bacısını bıçaqladı


Digərləri 25 Noy 2019 13:52:00 286 0

Qobustanda qardaş bacısını bıçaqladı

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çalov kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Yaqubov Füzuli Rahib oğlu qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Dünyaxanım Yaqubovanı bıçaqlayıb. 3 bıçaq xəsarəti alan qadın Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən F.Yaqubov polis əməkdaşları tərəfindən saxlanılıb.