Azərbaycanda 2020ci il üçün ehtiyac meyarı bu qədər olacaq


Digərləri 25 Noy 2019 13:57:51 452 0

Azərbaycanda 2020ci il üçün ehtiyac meyarı bu qədər olacaq

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.