Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı bu qədər olacaq - Milli Məclis təsdiq etdi


Digərləri 25 Noy 2019 13:50:00 278 0

Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı bu qədər olacaq - Milli Məclis təsdiq etdi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.