Nazir: Dövlət büdcəsində deputatların təklifləri nəzərə alınmaqla bir sıra dəyişiklik edilib


Digərləri 25 Noy 2019 13:54:00 266 0

Nazir: Dövlət büdcəsində deputatların təklifləri nəzərə alınmaqla bir sıra dəyişiklik edilib

2020-ci ilin dövlət büdcəsində deputatların təklifləri nəzərə alınmaqla bir sıra dəyişiklik edilib.

Bakı. Elçin Mehdiyev – 2020-ci ilin dövlət büdcəsində deputatların təklifləri nəzərə alınmaqla bir sıra dəyişiklik edilib. Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclsin bu gün keçirilən plenar iclasında deyib. Nazir bildirib ki, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsait 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılıb: “İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağru rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif olunur. Həmçinin 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir”. Nazir, həmçinin gələn ilin dövlət büdcəsinin kəsir və xərclərində də dəyişikliyin olduğunu diqqətə çatdırıb.