Bitkoinin qiyməti 6 aylıq minimumu yeniləyib


İqtisadiyyat 25 Noy 2019 13:31:16 316 0

Bitkoinin qiyməti 6 aylıq minimumu yeniləyib

Bitkoinin qiyməti 6 aylıq minimumu yeniləyib

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti ötən gün 10%-dən çox azalaraq təxminən 6 500 ABŞ dollarına düşüb və6 aylıq minimumu yeniləyib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ucuzlaşmaya səbəbÇin hökumətinin kript valyuta bazarlarına məhdudiyyətlər tətbiq edə biləcəyi ilə bağlı narahatlıq olub.

Hazırda bitkoinin qiyməti 6 700 - 6 800 ABŞ dolları civarındadır.