Xərçəng xəstəliyindən əziyyət çəkən 3 yaşlı Erayın ailəsi cəmiyyətə müraciət etdi FOTO


Digərləri 25 Noy 2019 13:34:00 428 0

Xərçəng xəstəliyindən əziyyət çəkən 3 yaşlı Erayın ailəsi cəmiyyətə müraciət etdi  FOTO

Hələ 4 yaşı tamam olmayan Eray Bağırov bir ildən artıqdır ki, xərçəng xəstəliyindən (Neyroblastoma) əziyyət çəkir. "Sümük iliyinə və sümüklərinə çoxsaylı metastazlar" diaqnozu qoyulmuş və 4-cü dərəcə yüksək risk qrupu kimi qiymətləndirilmişdir.

Eray Onkologiya Mərkəzinin Uşaq şöbəsində müalicə olunaraq 12 kurs kimya terapiyası almış və bir əməliyyat keçirmişdir. Təəssüf ki, əməliyyat uğurla keçməmiş, uşağın bədənində olan şiş tam təmizlənməmişdir. Ona görə də dəqiq müayinə və müalicə olunması üçün Azərbaycanda olmayan MIBG və bir sıra başqa müayinələrdən keçməli və əməliyyat olunmalıdır.

Türkiyədə bu üsulla müalicəyə böyük vəsait tələb olunur. Çarəsiz durumda olan ailə cəmiyyətdən uşaqlarının xilası üçün köməklik göstərilməsini xahiş edir.