"Taliban"ın səhra komandiri öldürüldü


Dünya 25 Noy 2019 13:38:00 317 0

"Taliban"ın səhra komandiri öldürüldü

Əfqanıstanın Hərbi-Hava Qüvvələri Fəryab əyalətində "Taliban" terror təşkilatının mövqelərinə zərbələr endirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, aviazərbə nəticəsində azı 4 silahlı məhv edilib.

Qeyd olunur ki, məhv edilənlər arasında "Taliban"ın səhra komandiri Mövləvi Əbdül Qaffar da olub.