Nüfuzlu “Rossiyskaya qazeta” nəşri Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyeva ilə müsahibəni dərc edib FOTO


Siyasət 25 Noy 2019 13:39:32 410 0

Nüfuzlu “Rossiyskaya qazeta” nəşri Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyeva ilə müsahibəni dərc edib  FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyaya rəsmi səfər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Birinci vitse-prezident Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və iki ölkənin münasibətlərinn inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Dostluq ordeni ilə təltif edilib.

Bundan başqa, Mehriban Əliyeva Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Səfər çərçivəsində Mehriban Əliyeva X Azərbaycan-Rusiya regionlararası forumda, həmçinin restavrasiya olunmuş "Azərbaycan" pavilyonunun açılışında iştirak edib.

Səfərin yekunları barədə Birinci vitse-prezident TASS, "Rossiyskaya qazeta" və "Rossiya 24" telekanalları üçün TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

Qeyd edək ki, "Rossiyskaya qazeta" Rusiya hökumətinin rəsmi mətbu orqanıdır. Qəzetdə dövlət xadimləri, rusiyalı və xarici siyasətçilərlə müsahibələr dərc olunur.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.