Agentlik: "Bəzən qida əlavələri dozasından artıq istifadə olunur"


Digərləri 25 Noy 2019 13:25:00 319 0

Agentlik: "Bəzən qida əlavələri dozasından artıq istifadə olunur"

Ölkəyə idxal olunan və yerli qida əlavələrinə nəzarət həyata keçirilən zaman məlum olur ki, bəzən qida əlavələri təyinatı üzrə istifadə olunmur, yaxud onlar dozasından artıq istifadə olunur.

Son.az Trend-ə istinadən əbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Sertifikatlaşdırma və İdxal-İxraca Nəzarət Sektorunun müdiri Samir Rüstəmli qida əlavələrinin təhlükəsizliyi üzrə seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, hər bir qida əlavəsinin, eləcə də məhsulun tərkibinə əlavə edilən kimyəvi maddənin düzgün istifadə olunmaması insan həyatı üçün təhlükə törədir.