"Louis Vuitton" tarixindəki ən bahalı sövdələşməni başa çatdırıb


İqtisadiyyat 25 Noy 2019 13:15:55 362 0

"Louis Vuitton" tarixindəki ən bahalı sövdələşməni başa çatdırıb

"Louis Vuitton Moet Hennessy" şirkətlər qrupu ən böyük çoxmillətli zərgərlik şirkəti olan "Tiffany & Co"nu 16,2 milyard dollara satın aldığını təsdiqləyib

Fransanın bəzək əşyaları istehsalı ilə məşğul olan "Louis Vuitton Moet Hennessy" (LVMH) şirkətlər qrupu ən böyük çoxmillətli zərgərlik şirkəti olan "Tiffany & Co"nu 16,2 milyard dollara satın aldığını təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə LVMH-nin kommünikesində məlumat verilib.

Fransa şirkətlər qrupu bu satınalmanın ona ABŞ bazarındakı mövqeyini möhkəmləndirməyə imkan verəcəyini, eyni zamanda saat və zərgərlik biznesinə "yeni ölçü" gətirəcəyini söyləyib.

"Tiffany & Co" şirkətinin satın alınması LVMH tarixinə ən bahalı sövdələşmə kimi düşüb. Buna qədər şirkətlər qrupu 2017-ci ildə "Christian Dior"un alışı üçün 7 milyard dollar xərcləməklə rekordunu müəyyənləşdirmişdi.

Xatırladaq ki, LVMH holdini 2018-ci ilin yekunlarında rekord gəlir və mənfəət əldə etdiyini açıqlayıb. İllik gəlir 10% artaraq 46,8 milyard avro, əməliyyat mənfəəti isə 21% artaraq 10 milyard avroya çatıb.