Ötən ay Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib


Sosial 25 Noy 2019 13:03:26 378 0

Ötən ay Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib

"Bu ilin oktyabr ayında&Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib".

"Bu ilin oktyabr ayındaAzərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib".

"Report" xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində olan qadınlar daha çox dələduzluq və narkotikə görə həbs edilib: "Hazırda cəzaçəkmə müəssisələrində 400-ə yaxın qadın var. Onlar da, əsasən, narkotik və dələduzluq səbəbindən həbs edilir. Buna daonları həyat yoldaşları vadar edir. Ailədə zorakılıq nəticəsində onlar bu yola əl atır. Bu məsələlər araşdırılmalı və səbəbləri bilinməlidir".