Gürcüstan noyabrın 27-dən Avropa Şurasına sədrlik edəcək


Dünya 25 Noy 2019 12:35:11 362 0

Gürcüstan noyabrın 27-dən Avropa Şurasına sədrlik edəcək

Gürcüstan bu ilin noyabrın 27-dən 2020-ci ilin mayın 15-dək Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik edəcək.

Gürcüstan bu ilin noyabrın 27-dən 2020-ci ilin mayın 15-dək Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sədrliyin rəsmi təqdimolunma mərasimi noyabrın 27-də Strasburqda keçiriləcək. Gürcüstan AŞ-nin Nazirlər Komitəsinin toplantısında sədrliyi Fransadan qəbul edəcək. Bununla əlaqədar olaraq Gürcüstanın xarici işlər naziri David Zalkaliani Strasburqa səfər edəcək.

Qeyd edək ki, qonşu ölkə ilk dəfə olaraq beynəlxalq təşkilata sədrlik edəcək. Altı ay sədrlik dövründə Gürcüstan AŞ çərçivəsində 20-yə yaxın tədbir təşkil edəcək.