“Azərkosmos”: "webGIS" platformanın tam həcmdə işə düşməsi Azərbaycanın ixrac potensialını genişləndirəcək


İqtisadiyyat 25 Noy 2019 12:47:48 314 0

“Azərkosmos”: "webGIS" platformanın tam həcmdə işə düşməsi Azərbaycanın ixrac potensialını genişləndirəcək

"Abşeron", "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları platformalarına və gəmilərə DATA xidmətlərinin göstərilməsi məhz "AzerSpace" peykləri vasitəsi ilə həyata keçirilir

"Xəzər dənizininAzərbaycan sektorundayerləşən "Abşeron", "Azəri-Çıraq-Günəşli" və"Şahdəniz" yataqları platformalarına və gəmilərə DATA xidmətlərinin göstərilməsi məhz "AzerSpace" peykləri vasitəsi ilə həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "StartUpFest2019"un açılış mərasimində çıxış edən “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov deyib.

D.Bədirxanovun sözlərinə görə, hazırdaASC-ninəməkdaşları tərəfindən hazırlanmış "webGIS" platformasına bir çox qurumlar onlayn şəkildə qoşulub:"Hazırda Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Geodeziya və Kartoqrafiya" MMC-si, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, AMEA-nın 7 elmi-tədqiqat institutu bu sistemə onlayn qoşulub".

Onun sözlərinə görə, yaxın gələcəkdə resursun veb servislər şəklində açıq olaraq həm daxili, həm də xarici bazar iştirakçılarının istifadəsinə təqdim edilməsi planlaşdırılır: "Bu platformanın tam həcmdə işə düşməsi, peyk təsvirləri ilə yanaşı əlavə dəyər xidmətləri də formalaşdıracaq, ixrac potensialını genişləndirəcək", - deyə“Azərkosmos”un sədr müavinibildirib.