"Taliban"ın 4 silahlısı məhv edilib
Dünya 25 Noy 2019 12:49:26 342 0
Əfqanıstan Müdafiə Nazirliyi: "Taliban"ın sahə komandiri Mavlavi Əbdül Qafar öldürülüb
Əfqanıstan Hərbi Hava Qüvvələrinin Faryab əyalətinin Almar mahalına aviazərbələri nəticəsində radikal "Taliban" qruplaşmasının 4 silahlısıməhv edilib.
Bu barədə "Report" "Tolo News" telekanalına istinadən xəbər verir.
Əfqanıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, mahal ərazisinə nəzarət edən "Taliban"ın sahə komandiri Mavlavi Əbdül Qafar öldürülüb.
Qeyd olunur ki, son 8 ayda hökumət ordusunun qoşunları 2 mindən çox antiterror əməliyyatı keçirib.
Mənbə: report.az