Carlsberg Azerbaijan və MFL futbol Biznes Liqası yaradırlar


Digərləri 25 Noy 2019 12:45:00 434 0

Carlsberg Azerbaijan və MFL futbol Biznes Liqası yaradırlar

Dekabrın 14-də MFL Carlsberg Azerbaijan ilə tərəfdaşlıqda "MFL Carlsberg Business League" adlı korporativ futbol turniri start götürəcək. Turnir çərçivəsində oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerlşən MFL Arena futbol meydançalarında keçiriləcək. Turnirin təşkilati dəstəyi AFFA tərəfindən təmin olunur. Futbol yarışında yalnız şirkət işçilərindən ibarət olacaq 24 komanda iştirak edəcək. Hal-hazırda, 10 noyabr tarixində başlayan və 10 dekabr tarixinədək davam edəcək qeydiyyat mərhələsi davam edir. Turnirdə iştirak pulsuzdur. Reqlamentə əsasən, hər komandada 2 nəfərdən artıq olmamaq şərtilə keçmiş peşəkar oyunçu (-lar) və "MFL LSS 2019/20" turnirinin oyunçuları iştirak edə bilərlər. Hazırda futbolla məşğul olan peşəkar oyunçuların iştirakına icazə verilmir. Qaydalarla daha ətraflı bu linkdə tanış ola bilərsiniz. 

Püşkatma mərasimi 13 dekabrda baş tutacaq. Komandalar hər birində 12 komanda olmaqla iki qrupa bölünəcək. Turnirin final oyunu 25 aprel 2020-ci ildə keçiriləcək. Yarışın ətraflı təqvimi ilə burada tanış ola bilərsiniz. 

Turnirin qalib komandası 21 may 2020-ci ildə keçiriləcək Türkiyə Kubokunun finalına səfər etmək şansı qazanacaq. Uçuş və qonaqlama üçün bütün xərclər turnirin tərəfdaşı Carlsberg Azerbaijan tərəfindən təmin ediləcək.