İsveçrə səfiri Bakı Ali Neft Məktəbində FOTO


Digərləri 25 Noy 2019 12:35:00 335 0

İsveçrə səfiri Bakı Ali Neft Məktəbində  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre ilə görüşüb.

Son.az xəbər verir ki, qonaqları salamlayan rektor Elmar Qasımov son illər ərzində Azərbaycan-İsveçrə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb.

Rektor ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində Bakı Ali Neft Məktəbinin xüsusi rolu olduğunu qeyd edərək, Ali Məktəbdə İsveçrənin ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

Ali Məktəbin yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini bildirən E.Qasımov BANM-də Böyük Britaniyanın Heriot-Vatt və ABŞ-ın Corc Vaşinqton universitetlərinin tədris proqramlarından istifadə edildiyini də qeyd edib. O həmçinin, Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramının həyata keçirildiyini deyib.

İsveçrə Konfederasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre isə rektor Elmar Qasımova səmimi qəbul və qonaqpərvərlik üçün təşəkkür edərək bildirib ki, Azərbaycan-İsveçrə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari sahədə də geniş əməkdaşlıq mövcuddur. Neft-qaz sektoru ilə bərabər iqtisadiyyatın digər sahələrinin inkişafına da xüsusi diqqət yetirilir.