“Müəlliməmin əri bu qızı məsləhət gördü, evləndim...”


Şou-biznes 25 Noy 2019 12:39:00 369 0

“Müəlliməmin əri bu qızı məsləhət gördü, evləndim...”

Bu ayın əvvəlində Toma adlı xanımla ailə həyatı quran müğənni Azad Şabanov şəxsi həyatı barədə danışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Fatehin divanı" proqramında qonaq olarkən xanımı ilə tanışlıq hekayəsindən söhbət açıb. Azad qeyd edib ki, həyat yoldaşı ilə müəlliməsinin tövsiyəsi ilə bir araya gəlib:

"İstəyirdim ki, evlənim, artıq vaxtı idi. Azad həyatdan bezmişdim. Amma nədənsə alınmırdı. Bir gün musiqi müəlliməmin evinə gedərkən bir xanımla rastlaşdım, xoşuma gəldi. Müəlliməmdən onun barəsində soruşdum. Bir həftə sonra müəllimə dedi ki, bu qız yox, başqa yerdə çalışan biri var, o sənə lazımdır. Mən də təkidlə həmin xanımla maraqlandığımı söylədim. Müəlliməm dedi ki, həyat yoldaşım da maraqlanıb, onun zövqü yaxşıdır və xanımlardan başı çıxır: "Mən deyəni et, get, digər xanımı seç".  1 ay çəkdi, axırda da müəlliməm kimi dedisə, ona da getdim. Belə alındı".