"La Skala" teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər VİDEO FOTO


Kriminal 25 Noy 2019 11:54:00 376 0

"La Skala" teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər  VİDEO  FOTO

İtaliyanın məşhur "La Skala" teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsert proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin "Traviata", "Riqoletto", J.Bizenin "Karmen", C.Puççininin "Toska", V.A.Motsartın "Don Juan", P.Çaykovskinin "Yevgeni Onegin" və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.